Ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr olunmuş tədbir

Bakı şəhəri Nəsimi rayon 240 №-li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr edilmiş “East or West, Home is Best” (“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”) adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin VI və VII sinif şagirdlərinin iştirakı ilə ingilis dilində müxtəlif ölkələrə həsr edilmiş səhnəciklər, şeirlər, rəqslər ifa olundu. Sonra qurucusu Ümummilli lider Heydər Əliyev olan Azərbaycan haqqında geniş məlumat verildi. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylənildi, şagirdlər tərəfindən hazırlanmış slaydlar göstərildi.Tədbir məktəbin ingilis dili müəllimləri Abbasova Təranə və Məhərrəmova Yaqut tərəfindən təşkil olunmuşdur.