1"C" sinif şagirdləri "Codeweek" EU 4 cü Avropa kod həftəsində təltif olundu

   AB Kod Həftəsi bizə kodlaşdırmağı öyrənməyə, ətrafımızdakı sürətlə dəyişən dünyanı başa düşməyə, texnologiyanın necə işlədiyinə dair üfüqlərimizi genişləndirməyə, yeni ideyalar kəşf etməyə, bacarıqlarımızı təkmilləşdirməyə və innovasiyalar vasitəsilə potensialımızı artırmağa kömək edir. Avropa Kod Həftəsi bu il 7-22 oktyabr 2023-ci il tarixləri arasında keçiriliir.

   AB Kod Həftəsi - Kod Həftəsi kodlaşdırma və rəqəmsal savadlılığı hər kəs üçün əyləncəli və maraqlı etmək məqsədi daşıyan oktyabr ayında keçirilən tədbirdir. Tələbələr və müəllimlər tərəfindən həyata keçirilən fəaliyyətlər rəqəmsal savadlılıq və kodlaşdırmanı cəlbedici və əyləncəli edir. AB Kod Həftəsi ilə tələbələrin məlumatlılığı artır. CodeWeek ilə kodlaşdırmağı öyrənməklə tələbələr sürətlə dəyişən dünyanı daha tez qavrayırlar. Kodlaşdırma və alqoritm məntiqi sayəsində tələbələrin analitik təfəkkürü və problem həll etmə bacarıqları təkmilləşir, orijinal və yeni ideyaları daha asan yarada bilirlər.

   Məktəbimizin ibtidai sinif müəllimi Mətanət Səmədova 1"C" sinif şagirdləri ilə birlikdə Avropa kod həftəsində"Şəhərimizi qururuq"adlı fəaliyyət təşkil edərək iştirak etmiş və sertifikat qazanmışlar.Şagirdlər Stem yaradıcılıq üzrə fəaliyyətə cəlb olunaraq öz xəyallarındakı şəhəri inşa etmişlər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi