TƏŞƏKKÜR MƏKTUBLARI

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin direktoru Esmira xanım Məmmədovaya təşəkkür məktubları göndərilmişdir. Universitet rəhbərliyi məktəbimizin kollektivini 2023-2024-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında məzunlarımızın yüksək nəticə göstərməsi və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, məzunlarımızdan Pənahov İsgəndər İlham oğlu, Məmmədova Səyyarə Vüsal qızı, Seyidli Adil Azər oğlu, Şükürlü Elgün Ərəstun oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanmışlar. Məktubda məzunlarımızın uğur qazanmasında böyük əməyi olan məktəb kollektivinə və məktəbimizin direktoru Esmira xanım Məmmədovaya dərin təşəkkür bildirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi