27 sentyabr-Anım günü

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən 3 il keçir. Bu münasibətlə məktəbimizdə 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirildi.
Əvvəlcə tədbir iştirakçıları məktəbimizin şəhid məzunlarının və Zəfər parkında Şəhidlərə həsr olunmuş abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirələrini böyük ehtiramla yad etdiler. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, rəsmlər çəkdilər və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Şəhidlər ölməz, Vətən bölünməz!