240 №li məktəbdə “Bilik Günü” qeyd edildi.

Bu gün məktəbimizdə 2023-2024-cü tədris ilinin ilk günü “Bilik Günü” qeyd edildi. Dövlət Himni səsləndikdən sonra “Vətən müharibəsi”ndə şəhid olmuş qəhrəmanlarımızın əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra təbrik üçün söz məktəbin direktoru Esmira Məmmədovaya verildi. Esmira Məmmədova məktəbimizə ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik etdi. O , öz çıxışında bildirdi ki, məktəbin birinci sinfinə bu il 180 nəfər şagird qəbul olunmuşdur. Sonra Esmira Məmmədova “Heydər Əliyev İli” çərçivəsində məktəbdə görülən işlər, qazanılmış nailiyyətlər haqqında bildirdi ki, ötən tədris ilinin nəticələrinə görə məktəbimizi bitirmiş 102 nəfər məzunun 84 nəfəri ali məktəblərə qəbul olmuşdur. Məzunlarımızdan 10 nəfəri 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişlər. 2 nəfər şagirdimiz RFO Final turunun qalibi olmuş, məktəb üzrə ümumtəhsil və tam orta təhsili başa vuran şagirdlərdən 18 nəfəri fərqlənmə attestatına layiq görülmüşdür. 1 nəfər XI sinif şagirdi məktəbi qızıl medalla başa vurmuşdur.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Osman Mövsümov iştirak etdi.Bu ilki tədris ilinin ilk dərs saatı “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusunda keçirilmişdir. Tədbir başa çatandan sonra Esmira Məmmədova və qonağımız siniflərdə “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda keçirilən dərsdə iştirak etdilər.