BİR SİNFİN TARİXÇƏSİ

240 nömrəli tam orta məktəbin tarixinin ən yaddaqalan, unudulmayan səhifələrindən birini də 11A sinfi yazdı. Sinif olaraq şagirdlərin ilk uğuru 9-cu sinif buraxılış imtahanlarında göstərdikləri yüksək nəticə oldu. Belə ki, 26 şagirddən 16-sı ümumi orta təhsili fərqlənmə  ilə bitirdi. Bunun davamı olaraq 11-ci sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərən şagirdlərdən 5 nəfəri tam orta təhsili fərqlənmə attestatı ilə, bir nəfər isə qızıl medalla bitirmişdir.

Sinfin şagirdləri 11 il ərzində həmişə müxtəlif bilik yarışlarında, olimpiadalarda uğurla iştirak etdilər, qalib gəldilər, məktəbimizin adını həmişə uca tutdular. Təkcə bunu demək kifayətdir ki, 11-ci sinifdə Əlizadə Nihad və Məmmədova Səyyarə 2023-cü il Respublika Fənn Olimpiadalarının final turunun qalibi oldular. Onu da qeyd edək ki, Nihad həm 10-cu, həm də 11-ci sinifdə RFO Final turunun qalibi olmuşdur. O həmçinin TR-YÖS imtahanında 500 bal toplayaraq Dünya birincisi adını qazandı, hazırda Nihad Türkiyə  EGE Universitetinin tibb fakültəsinin tələbəsidir.

Sevindirici haldır ki, bu il həmin sinifdən 26 şagird məzun oldu və 100% nəticə ilə hamısı müxtəlif ali məktəblərə daxil olaraq tələbə adını qazandılar. Şagirdlərdən 7 nəfəri daha yüksək nəticə əldə edərək 600-dən çox bal toplamışlar. Artıq tələbə adını qazanmış bu məzunlarımızı təqdim edirik:

  1. Pənahov İsgəndər İlham oğlu  - Azərbaycan Dövlət İqtisad Universiteti, İnformasiya texnologiyaları(ingilis dilində)
  2. Quluzadə Xədicə Mirzə qızı - ADA Universiteti, Riyaziyyat(ingilis dilində)
  3. Yəhyazadə Nazim Arif oğlu - Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi(ingilis dilində)
  4. Ələkbərli Abdullah Famil oğlu - Bakı Mühəndislik Universiteti, Koreya mühəndislik Universiteti, ikili diplom layıhəsi, İnformasiya texnologiyaları (ingilis dilində)
  5. Məmmədova Səyyarə Vüsal qızı - Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat (ingilis dilində)
  6. Əlizadə Mənsumə German qızı - Bakı Dövlət Universiteti, Hüquqşünaslıq
  7. Seyidli Adil Azər oğlu - Azərbaycan Dövlət İqtisad Universiteti, Kompüter mühəndisliyi (ingilis dilində)

Sinfin bütün şagirdləri nəinki təhsildə qazandıqları uğurları, həm də nümunəvi davranışları ilə  həmişə fərqləndilər. Şagirdlərin uğurlarında ibtidai sinif müəllimi Gülbahar Həkimovanın, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən əməkdar müəllimimiz Cəmalə Sadıqovanın, riyaziyyat müəllimi Kamran Məmmədovun, tarix müəllimi Mənsur Vəliyevin, fizika müəllimi Vüsalə Cəbiyevanın, informatika müəllimi Nərminə Musayevanın, ingilis dili müəllimləri Təranə Abbasovanın, Könül Yaqubovanın rolu böyükdür. Belə bir nümunəvi sinfin formalaşmasında təbii ki, 11A sinfinin rəhbəri, kimya və biologiya fənnini tədris edən əməkdar müəllimimiz, qabaqcıl təhsil işçisi Gülnarə Quliyevanın adını xüsusi qeyd etmək lazımdır.

Məzunlarımızla qürur duyuruq. Gələcəkdə də istər Vətənimizdə, istərsə də onun hüdudlarından kənarda onu ləyaqətlə təmsil edəcəklərinə inanırıq. Tələbə adını qazanmış bütün məzunlarımıza uğurlar arzu edirik! Yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi