600 balı keçən məzunlarımız

Hər il olduğu kimi bu il də məktəbimizin məzunları ali məktəblərə qəbul imtahanlarında uğurla iştirak etmişlər. Onların böyük əksəriyyəti tələbə adını qazanmışdır. Ali təhsil müəssisələrinə qəbul olan 10 məzunumuz daha yüksək nəticə əldə edərək 600-dən çox bal toplamışlar. Onlardan 8 nəfəri məktəbimizin bu ilki məzunlarıdır, 7 nəfəri 11a sinfini, bir nəfəri 11b sinfini  bitirib. 2 məzunumuz isə məktəbimizi keçən il bitirib, 500-dən çox bal toplayaraq ali məktəblərə daxil olmuşdular, amma məhz həkim olmaq istəyilə onlar bu il özlərini yenidən sınadılar və istədiklərinə nail oldular.
Yüksək nəticə göstərən məzunlarımızı təqdim edirik:

Pənahov İsgəndər İlham oğlu  -  11a sinfi  - 645,7 bal - Azərbaycan Dövlət İqtisad Universiteti, İnformasiya texnologiyaları(ingilis dilində), DS

Sükürlü Elgün Ərəstun oğlu - 11b sinfi – 634,2 bal  - Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə(ingilis dilində)DS

Quluzadə Xədicə Mirzə qızı - 11a sinfi – 625,4bal - ADA Universiteti, Riyaziyyat

Yəhyazadə Nazim Arif oğlu - 11a sinfi - 621,9 bal - Bakı Ali Neft məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Ələkbərli Abdullah Famil oğlu - 11a sinfi – 617,3 bal - Bakı Mühəndislik Universiteti, Koreya mühəndislik Univer. ikili diplom layıhəsi, İnformasiya texnologiyaları

Əhmədov Elşad Eldəniz oğlu - 2022 ilin məzunu - 615,9 bal - Azərbaycan Tibb Universiteti, Tibb, DS
Məmmədova Səyyarə Vüsal qızı - 11a sinfi – 615,6 bal - Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat (ingilis dilində), DS
Əlizadə Mənsumə German qızı - 11a sinfi – 609,6 bal - Bakı Dövlət Universiteti, Hüquqşünaslıq, DS
Seyidli Adil Azər oğlu - 11a sinfi - 603,3 bal - Azərbaycan Dövlət İqtisad Universiteti, Kompüter mühəndisliyi (ingilis dilində), DS
Qurbanova Qənirə Amil qızı - 2022 məzunu - 602,1 bal - Azərbaycan Tibb    Universiteti, Tibb, DS
      Yüksək nəticə göstərərək tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi