Erkən nigaha yox deyək

   Məktəb psixoloqlarının təşəbbüsü ilə yuxarı sinif şagirdlərinin iştirakı təmin olunmaqla "Erkən nigahın və qohumlararası nigahın mənfi nəticələri" mövzusunda maarifləndirmə seminarı keçirilmişdir. Erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması məqsədilə görülən  tədbirlərin sayının artırılması və maarifləndirmə işinin təşkili ilə bağlı keçirilən seminarda qeyd edilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Erkən yaşda qurulan ailələr çox zaman tez də dağılır. Erkən yaşda nigaha cəlb edilən yeniyetmələrin reproduktiv sağlamlıqları ilə bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən söhbət açılmışdır. Qohumlar arasında qurulan nigah sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına gətirib çıxarır. Yekunda qeyd edilib ki, erkən nigahlar ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütün cəmiyyətə mənfi təsir göstərir.
Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi