Məktəbimizdə son zəng çalındı

   14 iyun Respublikanin bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də  "Son zəng"çalındı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olub zəfər tariximizi yazan qəhrəmanlarimizin xatirəsi 1dəqiqəlik sükutla yad edildi
Məktəbin direktoru Esmira Məmmədova bu il məktəbi bitirən məzunları və onların valideynlərini təbrik etdi. Məzunlar məktəbli kimi son çıxışlarını, hazırladıqları bədii kompozisiyalarini təqdim etdilər. Rəngarəng musiqilər, mahnılar səsləndi, rəqslər nümayiş etdirildi.
Tədbirdə 2022-2023-cü tədris ilində yüksək nailiyyətlər əldə edərək məktəbin adını ucaldan şagird və müəllimlərimiz məktəb rəhbərliyi tərəfindən  xüsusi qeyd edilərək fəxri fərmanlarla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi