Şagirdimiz Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etdi

17.05.2022,Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirildi.Həmin tədbirdə bizim məktəbin 11-ci sinif şagirdi Hacıyeva Ləman, Qara Qarayev Azərbaycan Dövlət Kamera orkestri müşayiət ilə solo çıxış etmişdir.Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Fəxrəddin Kərimovdur.Konsertdə Bakı şəhər Mədəniyyət Baş Idarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Incəsənət və qeyri-maddi mədəni irs şöbəsi,Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Binəqədi Rayon Icra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar artist Aygün Bəylər, musiqi və incəsənət məktəblərinin direktorları iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi