Şagirdlərimiz Heydər Əliyev mərkəzində ekskursiyada oldular

“Biz azadıq,biz müstəqilik,biz sərbəstik.Biz heç kəsdən asılı deyilik.Biz özümüz öz taleyimizin sahibiyik.” -Ümummilli lider Heydər Əliyevin 100 illiyi və Müstəqillik günü münasibəti ilə 8"A" sinif şagirdləri tarix müəlliməsi Səbinə Yusifova ilə birlikdə Heydər Əliyev mərkəzində ekskursiyada olublar. Mərkəz bura gələn hər bir insanı öz möhtəşəmliyi və təkrarsız gözəlliyi ilə valeh edir. Mərkəzin bələdçisi şagirdlərimizi ümummilli liderin həyat və fəalliyyətinin müxtəlif dövrlərini əks etdirən zallarla tanış etdi. Məlumatlar həmçinin onlara interaktiv formada çatdırıldı. Şagirdlər mərkəzdən çox böyük təəssuratla ayrıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi