Şagirdlərimiz "A musical Journey" layihəsində iştirak etdi

E-Twinning layihesi “ A musical Journey” başa çatdi. 
    Məktəbimizin İngilis dili müəllimi Təranə Abbasova dərs dediyi 7"E" sinif şagirdləri ilə birıikdə Türkiyə Cumhiriyyətinin müellimi Şeyma Ayyıldız ilə  “Musical journey” adlı layidədə qurucu ortağı olaraq işləməyə başlamışdır . Layihədə Türkiyə, Azərbaycan müəllim və şagirdləri ilə yanaşı Avropanın 12 ölkəsindən 22 müəllim və onların şagirdləri iştirak edib. 
Araşdırmalara görə, yeni bir dil öyrənmək fərdlərin beyin strukturlarını dəyişdirərək daha şüurlu düşünməyə və yaddaşını yaxşılaşdırmağa imkan verir.  Amma beynində bir sual var.  Bunu necə öyrənəcəyik?  Əlbəttə ki, öyrənmə daimi olmalıdır.  Bu layihədə ingilis dilini öyrənmək üçün ünsiyyət vasitələrindən biri olan musiqidən istifadə edildi. Musiqi həm də mədəniyyəti öyrədir.  Mahnılar həmin dilin mədəniyyəti, o dildə danışan insanların necə düşündüyü və hiss etdikləri barədə fikir yaradır.  Bu layihədə müəllimlər oyunlar dizayn edərək, mahnı oxuyaraq, mahnıların tərcüməsi və digər fəaliyyətlərlə ingilis dilini öyrətmək məqsədini yerinə yetirdilər.  Bunun üçün  hər bir tərəfdaşın öz musiqi mədəniyyətini özündə birləşdirən kitab yaradadıldi.  Məktəb kurikulumu ilə inteqrasiyanı təmin edərək layihəni müveffeqiyyətlə sona çatdırmaq mümkün oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi