Məktəbimizin Avropa  Məktəbi Təhsili Platforması(ESEP) tərəfindən "eTwinning Məktəb" adına layiq görülüb

   Məktəbimiz-Avropa Məktəb Təhsil Platformasında -ESEP də uğurlu fəaliyyətinə görə Brüsseldəki Mərkəzi Dəstək Xidməti -CSS tərəfindən 2023-2024-cü il üçün eTwinning School Label  mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan üzrə 24 məktəb eTwinning beynəlxalq layihəsində qalib gələrək " eTwinning Məktəb" adını qazanıb. Bu məktəblər sirasında 240 nömrəli tam orta məktəb də Avropa Məktəb Təhsil Platformasında -ESEP də uğurlu fəaliyyətinə görə Brüsseldəki Mərkəzi Dəstək Xidməti -CSS tərəfindən 2023-2024-cü il üçün eTwinning School Label  mükafatına layiq görülüb. 
Həyata keçirilən layihə çərçivəsində məktəbin etwinnerləri şagirdləri ilə birgə Avropadan olan iştirakçılara təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı qazanmaqla yanaşı  XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edəcəklər.
   Bu böyük uğur münasibətilə ilə məktəbin pedaqoji və şagird kollektivini təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi