Məktəbimizdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə "Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirildi

2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq məktəbimizdə Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə 01.05.2023-cü il tarixində tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin 1-ci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Komitəsinin sədri Reyhan Ocaqova, məktəb direktorları, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videolar nümayiş etdirildi. Ulu Öndərin sevdiyi gözəl nəğmələr ifa olundu. Ümummilli liderə həsr olunmuş şeirlər səsləndi. Bir-birindən maraqlı ifalar instrumental alətlərdə səsləndi. Doğma vətənimiz Azərbaycana həsr olunmuş rəqslər nümayiş etdirildi. Müxtəlif kompozisiyalar təqdim edildi.
Tədbirin sonunda qonaqlara çıxış etmək üçün söz verildi. Onlar ümümmilli liderin Azərbaycana olan sevgisi, xalqa həsr olunmuş ömrü haqqında öz fikir və düşüncələrini bölüşdülər. Sonda isə qonaqlar məktəbin direktoru Esmira Məmmədovaya və tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər.