Şagirdlərlə reproduktiv sağlamlıq mövzusunda görüş keçirildi

    Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” hazırlanmış və istifadə olunması üçün bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilmişdir. Eyni zamanda metodiki vəsait www.trims.edu.az (https://www.trims.edu.az/site/resource.php?id=1688) portalında da yerləşdirilmişdir.

   Metodiki vəsaitdən istifadə zamanı müəllimlərdə müəyyən sualların yarana biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları – Bənövşə Tağıyeva və Rövşəna Qənbərova tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:         

          – təhsilverənlər üçün mütəmadi onlayn seminarların təşkili;

         – təhsilverənlər, valideynlər və digər şəxslərdən daxil olan aidiyyəti sualların cavablandırılması;

– hər yarımilin sonunda görülmüş işlərlə bağlı hesabatın nazirliyin rəhbərliyinə təqdim olunması.

  Qeyd olunanları nəzərə alaraq, Bənövşə Tağıyeva və Rövşanə Qənbərovanın fəaliyyəti üçün məktəbimizdə şərait yaratdıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi