Şəhid məzunumuzun anım günü keçirildi

ŞƏHİD MƏZUNUMUZUN ANIM GÜNÜ KEÇİRİLDİ
Məktəbimizdə şəhid məzunumuz Eyyubov Tural Yadulla oğlunun anım günü keçirilmişdir. Təbdirə şəhid anaları və şairə Esmira Günəş qonaq olmuşlar. Məktəbimizin direktoru Esmira xanım Məmmədova 44 günlük müharibədə Ali baş komandan və əsgərlərimizin şücaətindən söhbət açmışdır. Şəhid Eyyubov Turalın adını daşıyan 8 “A” və 6 “C”sinif müəllimləri Səbinə Yusifova və Səbinə Həmidovanın iştirakı ilə şagirdlərimiz şeirlər söylədi , mahnı oxudu.
Məktəblilər tərəfindən Şəhid məzunumuz Eyyubov Turalın şəkil portreti əks olunmuş xalça şəhidimizin anasına təqdim olundu.
Şairə Esmira Günəşin şəhid məzunumuz Eyyubov Turala həsr etdiyi şeir şagirdlərimiz tərəfindən səsləndirildi. Şəhid Turalın müəllimləri Şəfiqə Quliyeva və Zibeydə Quliyeva onun haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər. Şəhid Eyyubov Tural, Mirhəmid Qasımlı , Hüseynov Ramil və Həsənov Nurlanın anaları məktəblilərə oğullarımızın vətənpərvərliyindən ,onların döyüş ruhundan söhbət açmışlar.
Tədbirin təşkilatçıları Həmidova Səbinə və Yusifova Səbinə müəllimə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün təşkil olunan belə tədbirlərimizin təlim- tərbiyə işinin bir hissəsi olduğunu qeyd etdilər.