Şəhid Dmitriy Solnsevin doğum günü münasibətilə anım tədbiri keçirildi

    Məktəbimizin məzunu olmuş şəhid Dmitriy Solnsevin doğum günü münasibətilə onun oxuduğu və hazırda igid döyüşçünün adını daşıyan 4”B”sinfində sinif rəhbəri Pəri Qasımovanın rəhbərliyi ilə anım tədbiri keçirildi. Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması naminə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında igidlik göstərmiş Dmitriy Solnsev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Şagirdlərimiz Şəhid Dmitriy Solnsevin bizim məktəbin yetirməsi olmasını iftixar hissi ilə qeyd etdilər.Onun həyat yolundan,cəbhədəki göstərdiyi igidlikdən danışdılar,təqdimatlar,şeirlər söylədilər. Tədbirin sonunda məktəbin şagirdləri ilə birlikdə şəhid Dmitriy Solnsevə həsr olunmuş videoçarx təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi