“Dünyalar Bizim Olsun” eTwinning layihəsi

   Layihənin təsisçiləri Türkiyədən Dilek Tugan və Azərbaycandan məktəbimizin 2-c sinif müəllimi Gülşən Hacıyevadır.
Layihədə  6 ölkə olmaqla Türkiyə, Azərbaycan, İordaniya, İtaliya, Gürcüstan və Rumıniyadan 16 müəllim fəaliyyət göstərir.    Layihəmizə 6-16 yaş qrupunda olan şagirdlər daxildir. Layihənin məqsədi şagirdlərə təbiətin həyat dövrü haqqında məlumat vermək və torpağın əhəmiyyətini dərk etdirmək, nəsli kəsilməkdə olan heyvanları araşdırmaq, tullantıların zibil olmadığı barədə maarifləndirmək, təkrar emalı təşviq etmək, suyun əhəmiyyəti haqqında məlumatlandırmaq, "Sıfır tullantı", "İqlim dəyişikliyi" və "Karbon izi" adı altında web 2.0 alətləri ilə fəaliyyətlər həyata keçirmək, təbiətə dəyən zərəri dayandırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi