Məktəbimizdə Riyaziyyat-Informatika fənləri aylığı keçirilir

Məktəbin “İllik Fəaliyyət planı”na uyğun olaraq təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərinin inkişafına daha geniş şəraitin yaradılması və əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqları keçirilir. “Fəaliyyət planı”na əsasən aprel ayı “Riyaziyyat-Informatika fənləri aylığı” elan olunmuşdur. Aylığı lazimi səviyyədə keçirmək üçün məktəbin tədris hissə müdiri Esmiralda müəllimə və fənn müəllimləri bir araya gələrək görüləcək işləri planlaşdırdılar. Aylıq çərçivəsində məktəbimizdə riyaziyyat və informatika fənlərini tədris edən müəllimlərinın birgə fəaliyyət göstərməsi, şagirdlərin bu fənlərə marağını artırmaq məqsədilə nümunəvi dərslərin həyata keçirilməsi nəzərdə tutulur.