31 Mart - soyqırım gününə həsr olunmuş tədbir keçirildi

İngilis dili aylığı çərçivəsində kecirilən növbəti tədbir fənn müəllimləri Yaqubova Könül,Yusifova Nərmin və Hüseynova Reyhanın təşəbbüsü ilə baş tutdu.31 Mart-Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir dövlət himninin oxunması və soyqırım qurbanlarının xatırəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
  Daha sonra  iştirakçılar  ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar,etnik təmizləmə siyasəti barədə məlumat verdilər.Qeyd olunduki,xalqımızın tarixinə qanlı hərflərlə  yazılan hadisəyə ilk hüquqi qiyməti Ümummilli lider Heydər Əliyev 1998 ci il martın 26-da imzaladığı ,,Azərbaycanlıların soyqırımı haqqında,,fərmanla vermişdir.
 Tədbirin sonunda iştirakçılara 31 mart soyqırımı hadısələrini əks etdirən sənədli film mümayiş olunub,məktəbin foyesində  təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi