Şagirdlərimiz Şəhid Vüqar Məmmədovun məzarını ziyarət etdi

2-ci Qarabağ müharibəsində şəhid olmuş Vüqar Məmmədovun doğum günü ilə əlaqədar məktəbimizin 2"D" sinif rəhbəri Pərvanə Rəhimova şagird və valideyn kollektivi ilə birgə Şəhidimizin məzarını ziyarət edib. 28.03.1991-ci ildə anadan olan Vüqar Məmmədov könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 30.09.2020-ci ildə düşmən üzərinə hücuma keçərkən həlak olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!