"Brain Ring" bilik yarışması keçirildi

"İngilis dili aylığı" çərçivəsində növbəti tədbir fənn müəllimləri Yaqut Məhərrəmova və Təranə Abbasovanın təşkil etdiyi "Brain Ring" bilik yarışması keçirildi. Yarışma 7-ci və 8-ci sinif şagirləri arasında oldu. Komandalar şəklində aparılan bu yarışmada şagirdlərin sağlam rəqabəti böyük həvəslə izlənildi. Viktorinada müxtəlif maraqlı mərhələlər, şagirdlərin dünyagörüşünü yoxlayacaq suallar, tapmacalar, müxtəlif filmlərdən epizodların tapılması, pazl oyunun qurulması və s. kimi rəngarəng mərhələlər təşkil olundu. Yarışma 3 komanda arasında keçirildi. Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.