ESEP-European School Education Platformasında layihə

Layihədə 7 Türkiyə, 1 Gürcüstan, 1 Yunanıstan, 1 İtaliya, 1 İordaniya və 1 Azərbaycan –məktəbimizin ingilis dili müəllimi Suleymanova Ruhəngiz öz şagirdləri ilə birlikdə iştirak edirlər. İnsanların davamlı olaraq bir-biri ilə ziddiyyət təşkil etdiyi, hörmət və xeyirxahlığın azaldığı, müharibələrin və rəqabətin artdığı müasir dünyada mərhəmət hissini uşaqlara aşılamaq , insani hisslərin yadda saxlanmasına ehtiyac olduğu düşüncəsi zəruriyyət doğurur. Proyektin əsas məqsədi - sosial şəbəkələrdə məktəb yaşlı uşaqların bir-birinə fiziki, sözlü və emosional zərər vurması xəbərlərini, tələbələrin yalnız akademik uğurlarına diqqət yetirmək onlarda rəqabət və şöhrətpərəstlik kimi hissləri artırarkən, şəfqət, vicdan, empatiya kimi hisslərin azalması və ya tamamilə yox olması hisslərini bərpa etməkdir. Valideynlərə hörmət, yaşlılara hörmət, əlillərə köməklik, heyvan sevgisi kimi bir çox insani hisslərin əsasını şəfqət təşkil edir. Proyekt Şəfqət hisslərini canlı tuta bilmək, həyatımızı daha yaşana bilən bir cəmiyyətdə davam etdirmək məqsədi daşıyır.