“Novruz Holiday” mövzusunda dərs keçirildi

İngilis dili aylığı çərçivəsində məktəbimizin müəllimi Vüsalə Paşayeva “Novruz Holiday” mövzusunda 4"D" sinfində açıq dərs keçirdi. Uşaqlar Novruzun çərşənbələrinin adları ilə ( weather, water, fire, soil) qruplara bölündü. Novruzun simvolları, adət-ənənələri Power Point-də slaydlar vasitəsilə şagirdlərə təqdim olundu. Tədqiqat sualları verilərək, qrup işləri interaktiv üsullarla tətbiq olundu.