“Share your book” -“Kitabını paylaş” layihəsi kitabxanaya ekskursiya

    Yüksək texnologiyalar dövründə yaşamağımıza baxmayaraq , kitablar hələ də ən yaxşı bilik mənbəyi olaraq qalır. Uşaqların kitaba, mütaliəyə, kitabxanaya olan marağı artırmaq məqsədi ilə keçirilən növbəti layihə ingilis dili müəllimləri Hüseynova Reyhan və Yusifova Nərminin təşəbbüsü ilə baş tutdu. Məktəbin 6 “A” və 6”D” sinif şagirdlərinin iştirakı ilə keçirilən “Share your book” -“Kitabını paylaş” layihəsi kitabxanaya ekskursiya ilə başladı. Daha sonra şagirdlər oxuduqları kitablar, əsərlər, qəhramanlar barədə məlumatları , hazırladıqları sualları dəyirmi masada yoldaşları ilə bölüşüb, müxtəlif oyunlar və viktorinalarda iştirak etdilər. Əməkdaşlıq müstəvisində şagirdlərin yüksək fəallığı ilə keçən tədbir ingilis dilində olan kitabların kitabxanaya bağışlanması ilə tamamlandı. 
     Layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə kitabxana müdiri Günay Babayevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi