Şagirdlərimiz Londonda keçiriləcək yarışın final mərhələsinə vəsiqə qazandı

"TEENEAGLE" (Beynəlxalq ingilis dili olimpiadası) müsabiqəsi dünyanın bir çox ölkələrində V-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqədə ölkədə fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələri üzrə təhsil alan V-XI sinif şagirdləri ingilis dili müsabiqəsində iştirak edib, ümumilikdə 147 şagird qızıl, gümüş, bürünc medallar qazanaraq ölkəmizi digər iştirakçı ölkələr arasında tanıdıblar. Məktəbimizin şagirdləri də bu müsabiqədə iştirak etmişdir. Müsabiqə imtahanı 4 mart 2023-cü il tarixində keçirilmişdir. "TEENEAGLE" Beynəlxalq ingilis dili onlayn müsabiqəsinin 2-ci kateqoriya üzrə Pənahova İsma gümüş medala, 2-ci kateqoriya üzrə Rəsulzadə Mədinə və 3-cü kateqoriya üzrə isə İlahə Şirin bürünc medal mükafatına layiq görülmüşdü. Hər üç şagird məktəbimizin ingilis dili müəllimi Yaqut Məhərrəmovanın şagirdləridir. Şagirdlər bu ilin iyun ayında Londonda keçiriləcək final müsabiqəsinə vəsiqə qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi