“Travelling” mövzusunda açıq dərs keçirildi

7"E" sinfində “Travelling” mövzusunda açıq dərs keçirildi. Dərsdə mövzu ilə əlaqədar müəllim Təranə Abbasovanın rəhbərliyi ilə 2 həftə ərzində şagirdlərin hazirladığı layihə - “ Easy Way to Get Away” adlı blog təqdimatı oldu. Şagirdlər bu blog vasitəsi ilə ölkəmizin ən gözəl regionlarından birində turistlər tərəfindən sevilən bir məkan dizayn etməli idilər. Qarşılarına qoyduqları məqsədə addım - addım araşdırmalar apararaq hər kəsə faydalı bir blog yaratmış olan şagirdlər dərsdə həmçinin mövzu ətrafında müzakirələr aparıb , müxtəlif oyun xarakterli tapşırıqlar quraraq dərsi rəngarəng etdilər.