İngilis dili dərsində "MİNDCRAFT" bilik yarışı keçirildi

   "İngilis dili aylığı" çərçivəsində növbəti tədbir fənn müəllimləri Ruhəngiz Süleymanova, Nərmin Yusifova, Reyhan Hüseynova və Səbinə Həmidovanın təşəbbüsü ilə keçirilən  "MİNDCRAFT" bilik yarışı oldu. Dostluq atmosferində keçən yarışda 6"A"  sinfini "Grey wolves", 6"C" sinfini "Pretty Savage", 6"D" sinfini isə "Fire bloom " komandaları təmsil etdi. İştirakçılar müxtəlif mövzularda tərtib olunan sualları cavablandırıb,tapşırıqları yerinə yetirdilər. İngilis dilində baş tutan tədbirin aparıcıları 9"D" sinif şagirdi Uğur Namazov və 7"D"  sinif şagirdi Məryəm Əlişanova səlis nitqləri ilə  yarışa rəng qatdılar.
     Sonda  iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi