İngilis dili fənnindən bilik yarışı keçirildi

Mart ayında İngilis dili aylığının keçirilməsi çərçivəsində məktəbimizin 5"D" (rus bolmesi) sinfində ingilis dili muəllimləri Nailə Vəliyeva və Rühəngiz Süleymanovanın təşəbbüsü ilə ‘Travelling to the English language’ mövzusunda bilik yarışı keçirildi. Yarış bir neçə hissədən ibarət oldu:
1.Warming-up
2.’ABC’ - game
3.’Do Sums’
4.‘Chains’
5.‘Short names’
6.Tongue-Twister
7.Cartoon’s and book‘s characters
Oyun-yarışda 5"D" sinfinin 2 -‘Dream Team’ ve ‘Victory’ komandaları öz bilik və bacarıqlarını əməkdaşlıq və ingilis dilində danışıq qabiliyyətlərini həvəslə nümayiş etdirdilər. Yarışda kiçik aparıcılar 7"D" sinif şagirdləri - Ülvi İsgəndərli və Əminə Atayeva də onların öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Sonda həm aparıcılara, həm də komandaların üzvlərinə fəal istiraklarına görə hədiyyələr təqdim olundu. Yarışın keçirilməsində bizə dəstək olan ingilis dili kafedrasının bütün müəllim heyətinə öz təşəkkürümüzü bildiririk.