Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı ingilis dili aylığı çərçivəsində məktəbimizin ingilis dili müəllimləri Təranə Abbasova və Yaqut Məhərrəmova tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 7 və 8 ci sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edilmiş, müxtəlif video çarxlar nümayiş etdirildi. Tədbirdə məktəbin dərs hissə müdiri Vəfa Həsənova, ADU-nun müəllimi, metodisti və eyni zamanda British Council -n əməkdaşı Gülnarə Hacıyeca , məktəbin müəllimləri və şagirdlər tamaşaçı qismində iştirak etdilər.