İngilis dili fənn aylığına start verildi

Məktəbin “İllik Fəaliyyət planı”na uyğun olaraq təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərinin inkişafına daha geniş şəraitin yaradılması və əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqları keçirilir. “Fəaliyyət planı”na əsasən mart ayı “İngilis dili aylığı” elan olundu. Aylığı lazimi səviyyədə keçirmək üçün fənn müəllimləri bir araya gələrək görüləcək işləri planlaşdırdılar. Aylıq çərçivəsində məktəbimizdə ingilis dilinin tədris edən müəllimlərinın birgə fəaliyyət göstərməsi, şagirdlərin bu fənnə marağını artırmaq məqsədilə nümunəvi dərslərlə bərabər müxtəlif silsilə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.