TƏBİƏT FƏNLƏRİ AYLIĞINA YEKUN VURULDU

2022-2023-cü tədris ilində 240№li tam orta məktəbin “İllik fəaliyyət planı”na uyğun olaraq təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərinin inkişafına daha geniş şəraitin yaradılması və əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqları keçirilir. Fəaliyyət planına əsasən fevral ayı “Təbiət fənləri aylığı” elan olunmuşdur. Aylığı lazımi səviyyədə keçirmək üçün məktəbin tədris hissə müdiri Esmiralda müəllimə və fənn müəllimləri bir araya gəldilər. Aylıq çərçivəsində məktəbimizdə kimya, biologiya, fizika və coğrafiya fənlərini tədris edən müəllimlər birgə fəaliyyət göstərərək şagirdlərin bu fənlərə marağını artırmaq məqsədilə nümunəvi dərslərlə bərabər müxtəlif silsilə tədbirlər də həyata keçirdilər.
Sonda təbiət fənləri aylığına yekun vurmaq məqsədilə dəyirmi masa keçirildi. Esmiralda müəllimənin sözləri ilə desək, təbiət müəllimləri təbiəti süfrəyə gətirdilər. Dəyirmi masada məktəbimizin direktoru Esmira Məmmədova, direktor müavinləri Esmiralda Heydərli, Vəfa Həsənova, aylıq çərçivəsində görülən işləri işıqlandıraraq daim müəllimlərlə bir yerdə olan dəyərli müəllimlərimiz Pəri Qasımova, Mehriban Musayeva da iştirak edərək görülən işlərə öz fikirlərini bildirdilər və qürur hissi ilə ayrıldılar.