“Təbiət fənləri” adlı viktorina keçirildi

Məktəbimizdə təbiət fənnini tədris edən müəllimlər bu dəfə 8-ci siniflər arasında keçirilən viktorinada bir araya gəldilər. Şagirdlərin fənlərə olan marağının artırılması məqsədilə onlara kimya, biologiya, fizika və coğrafiya fənnindən müxtəlif tipli sual və tapşırıqlar təqdim olundu. Viktorinada məktəbimizin tədris hissə müdiri Esmiralda Heydərli də iştirak edirdi. Sonda yarışmada fəal iştirak edən şagirdlər sertifikatla təltif olundu.