FİZİKA FƏNNİ ÜZRƏ VİKTORİNA KEÇİRİLDİ

Məlum olduğu kimi məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir.Məktəbdə “Təbiət fənləri aylığı” çərçivəsində 8-ci siniflər arasında fizika fənnindən viktorina keçirildi.Uşaqlar arasında böyük marağa səbəb oldu.Sonda qalib komanda qeyd olundu.Fənn müəllimi Cəbiyeva Vüsalə şagirdləri təbrik etdi.
Bu cür oyunların şagirdlərin inkişafına müsbət təsir göstərməsini vurğuladı.Məqsəd şagirdlərin fənlərə marağını artırmaq,bilik və bacarıqlarını üzə çıxartmaqdır