Biologiya fənnindən “Biotexnologiya həyatımızda “ mövzusunda nümunəvi açıq dərs keçirildi

“Təbiət fənləri aylığı” çərçivəsində növbəti nümunəvi açıq dərs təbiət təmayüllü 11"A" sinfində biologiya fənnindən “Biotexnologiya həyatımızda” mövzusunda keçirildi. Məktəbimizin kimya və biologiya müəllimi Gülnarə Quliyevanın həm də sinif rəhbəri olduğu 11"A" sinfinin şagirdləri dərs boyu Gen mühəndisliyi, Canlılarda klonlaşdırma, Müasir tibbi avadanlılar və s. kimi aktual mövzularda çıxış etdilər.  Şagirdlər geni modifikasiya olunmuş məhsullar barədə müzakirə apardılar, insan orqanizminə zərərli olan içkilərin pH səviyyəsini praktik olaraq müqayisə etdilər.  Onlar sinif otağında foyedə və məktəb həyətində havanın temperaturundan və oksigenin miqdarından asılı olaraq ürək döyüntülərinin dəyişməsini müşahidə etdilər. Bunun üçün şagirdlər “GlobiLab” proqram təminatından və “Labdisc biochem” rəqəmsal laboratoriya çihazından istifadə etdilər.

            Dərsin gedişində məktəbimizi 2007-ci ildə bitirmiş, əvvəl Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş, sonra isə Moskva Dövlət Universitetinin biologiya fakultəsi  “Genetika” ixtisası üzrə təhsil almış Tahirli Şəlalə Hilal qızı ilə çalışdığı laboratoriyadan canlı bağlantı quruldu. Şəlalə hazırda Molekulyar Biologiya və Biotexnologiyalar  institutunda “Populyasiya Genomiksi” laboratoriyasında işləyir. Fəxri məzunumuz şagirdlərə biotexnologiyanın, gen mühəndisliyinin nailiyyətləri və həyatimizda rolu barədə ətraflı məlumat verdi.

            Məktəbimizin direktoru Esmira Məmmədova və tədris hissə müdiri Esmiralda Heydərli açıq dərsdə iştirak etdilər. Onlar şagirdlərin çıxışlarını bəyəndilər. Sonda isə qəbul imtahanlarının astanasında olan 11-cilərə öz dəyərli tövsiyyələrini verdilər və onlara uğur arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi