HEYVANLARIN YAŞAYIŞ MÜHİTİ" MÖVZUSUNDA EKSKURSİYA-DƏRS KEÇİRİLDİ

Məktəbimizdə keçirilən Təbiət fənləri aylığı çərçivəsində məktəbin coğrafiya-biologiya müəllimi Nazilə Namazova Bakı Zoo Parkında 6 "B", 6"Ç", 6"E" sinif şagirdlərinin iştirakı ilə "Heyvanların yaşayış mühiti" mövzusunda ekskursiya-dərs keçirdi. Şagirdlərin marağına səbəb olan bu dərsdə onlar heyvanları yaxından seyr etdilər, işçilər tərəfindən onların yemlənməsini izlədilər.