Kimya fənnindən “Kristal qəfəslərin tipləri” mövzusunda nümunəvi dərs keçirildi

   “Təbiət fənləri aylığı” çərçivəsində növbəti nümunəvi dərs məktəbimizin kimya və biologiya müəllimi Gülnarə Quliyevanın 8b sinfində tədris etdiyi kimya fənnindən keçirildi. “Kristal qəfəslərin tipləri” mövzusunda keçirilən dərsdə şagirdlər atomun quruluşunu, kimyəvi rabitələri, amorf və kristal quruluşlu maddələrin əsas xüsusiyyətlərini şərh etdilər. Dərsin Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər maddələrin kristal qəfəslərinin mil-kürəcik modellərini hazırladılar. Onlar molekulyar və qeyri molekulyar kristal qəfəsə malik maddələrin fiziki və kimyəvi xassələrini fərqləndirmək üçün kimyəvi  reaksiyalardan və “Labdisc Biochem” rəqəmsal laboratoriya cihazından istifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi