“Mədə və bağırsaqlarda həzm” mövzusunda nümunəvi dərs keçirildi

Bu gün 8”B” sinfində Biologiya fənnini tədris edən Arzu Musayevanın “Mədə və bağırsaqlarda həzm” mövzusunda nümunəvi dərsi oldu. Şagirdlər həzm orqanlarının quruluşu, həzm sisteminin müxtəlif şöbələrində gedən maddələr mübadiləsi prosesləri barədə araşdırmalar apardılar. Onlar mövzu ilə bağlı məlumatlarını əyani vəsaitlərdən və hazırladıqları slaydlardan istifadə etməklə təqdim etdilər.
Məktəbimizdə keçirilən fənn aylıqları şagirdlərimizin dərslərə olan marağını daha da artırır.