"Azəybaycanın çayları" mövzusunda nümunəvi dərs keçirildi

Məktəbimizdə keçirilən Təbiət fənləri aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Dadaşiva Məlahət 10 sinfində "Azəybaycanın çayları" mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə mövzuya aid slaydlardan, video materiallardan istifadə olundu. Şagirdlər Azərbaycanın çaylarını bölgələr üzrə xəritədə göstərdilər, lövhədə çayları inzibati rayonlar üzrə qruplaşdırdılar , sellərin baş verməsi səbəblərini, onlara qarşı görülən tədbirləri, çayların rejimi və qidalanması barədə məlumat əldə etdilər, tapşırırıqlar ətrafında müzakirələr aparıldı.