Məktəbimizdə təbiət fənləri aylığı keçirilir

      Məktəbin  “İllik Fəaliyyət planı”na uyğun olaraq təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərinin inkişafına daha geniş şəraitin yaradılması və əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqları keçirilir. “Fəaliyyət planı”na əsasən  fevral ayı “Təbiət fənləri aylığı” elan olunmuşdur. Aylığı lazimi səviyyədə keçirmək üçün məktəbin tədris hissə müdiri Esmiralda müəllimə və fənn müəllimləri bir araya gələrək görüləcək işləri planlaşdırdılar. Aylıq çərçivəsində məktəbimizdə kimya, biologiya, fizika və coğrafiya fənlərini tədris edən müəllimlərinın birgə fəaliyyət göstərməsi, şagirdlərin bu fənlərə marağını artırmaq məqsədilə nümunəvi dərslərlə bərabər müxtəlif silsilə tədbirlərin  də həyata keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi