Şagirdlərimiz "Global kids" layihəsində iştirak edirlər

Məktəbimizin 4 "C" "Sağlam təhsil" sinfinin şagirdləri Avropa Məktəb Təhsil Platformasında Türkiyə, Rumuniya, İtaliya, Sloveniya, Tunis, Azərbaycan və Gürcüstan məktəblilərinin də iştirak etdiyi "Global kids" layihəsində iştirak edirlər. "Global kids" layiəsinin məqsədi şagirlərin sosiallaşması, xarici dillərdən fəal istifadə, həyati bacarıqlara yiyələnmək, rəqəmsal texnologiyadan səmərəli istifadə etmək, özünə güvənən şagirdlər yetişdirmək və komanda quraraq komanda daxilində səmərəli fəaliyyət göstərməkdir.
Şagirdlərimi təbrik edir və uğurlar arzulayırıq