Şagirdlərimiz müsabiqədə qalib gəldilər

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi həyata keçirildi. Məktəbimizin şagirdləri də bu müsabiqədə iştirak etdilər. “Hekayəni paylaş” videotəqdimat müsabiqəsində məktəbimizin 10 "B" sinif şagirdi İlayda Abusətdar II yerə layiq görüldü. Eyni müsabiqə üzrə 9"D" sinif şagirdi Uğur Namazov isə Təşəkkürnamə ilə mükafatlandırıldı. Mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, direktorlar və müəllimlər iştirak ediblər. 

   Eyni zamanda “Qarabağı tanıt” və “Hekayəni paylaş” müsabiqələrində iştirak edən şagirdlərimiz - Mədinə Rəsulzadə, Nərmin Məhərrəmli, Məryəm Eyyubova isə İştirakçı sertifikatı ilə mükafatlandırıldılar.

   Şagirdlərə göstərilən diqqət və qayğıya görə BŞTİ rəhbərliyinə təşəkkür edir və yeni uğurlar arzu edirik. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi