Müəllimimiz “Təlimçi hazırlığı”proqramını yüksək göstərici ilə bitirdi

   Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi “Təlimçi hazırlığı”proqramını yüksək göstəricilər ilə bitirən məzunlar İTE-nin təlimçi statusunu almışlar. Onlardan biri də məktəbimizin kimya və biologiya müəllimi Gülnarə Quliyevadır. Gülnarə müəllimə həmçinin Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron jurnal” layihəsində Bakı şəhəri Nəsimi rayonu üzrə  kurator kimi fəaliyyət göstərir.
   Onu da qeyd edək ki, artıq bir neçə ildir məktəbimizin müəllimlərindən Musayeva Nərminə Elm və Təhsil Nazirliyinin nəzdində “Rəqəmsal bacarıqlar” layihəsində metodist və təlimçi, Gülşən Mirizadə, Mətanət Səmədova, Gülşən Hacıyeva isə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təlimçiləri kimi uğurla əməkdaşlıq edirlər.     

   Müəllimlərimizə fəaliyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi