“20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür”

  Məktəbimizdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Siniflərdə şəhidlərimizin xatirəsinə güşələr yaradıldı, qərənfillərlə bəzədildi.

  Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlərlə faciənin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs edərək qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələri və ibrət dərsləri haqqında müzakirələr apardılar. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda azadlıq mübarizəsinin dönüş nöqtəsi olduğu qeyd edildi.

   Şagirdlər onları maraqlandıran sualları müəllimlərə verdikdən sonra Qanlı faciəyə həsr olunmuş rəsmlər, şeirlər nümayiş etdilər.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi