Müəllimimiz İctimai televiziyaya dəvət olundu

    26 dekabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV-IX sinif şagirdləri arasında “Kod saatı rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsi keçirildi.

   Məktəbimizin informatika müəllimi Nərminə Musayeva bu müsabiqənin təşkilində və keçirilməsində fəal iştirak etmişdir.

   Müsabiqə kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Nərminə müəllimə İctimai televiziyaya "Günün sədası" verilişinə dəvət olunaraq müsabiqə, onun keçirilməsi və nəticələri barədə müsahibə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi