“Ən nümunəvi yazı” müsabiqəsi keçirildi

İbtidai siniflər arasında "Ən nümunəvi yazı" müsabiqəsi keçirildi
Məktəbimizdə noyabr-"İbtidai sinif aylığı" çərçivəsində nəzərdə tutulmuş Fəaliyyət planına əsasən II-IV sinif şagirdləri arasında "Ən nümunəvi yazı” müsabiqəsi keçirildi. Müsabiqədə II-IV siniflərdə təhsil alan 641 nəfər şagirdin hamısı iştirak etdi. Müsabiqənin məqsədi şagirdlərdə yazı vərdişlərinin düzgün və səliqəli formalaşdırılması idi. Müsabiqə müəllimlər və şagirdlər arasında böyük marağa səbəb oldu.
Müsabiqə 2 mərhələdən ibarət olmaqla keçirildi. I mərhələdə II-IV sinifdə təhsil alan 641 şagird iştirak etdi. İştirakçıların gündəlik və dəftərləri nəzərdən keçirilərək seçilmiş şagirdlər II mərhələdə iştirak hüququ qazandı. Sinif səviyyəsinə görə öncədən seçilmiş mətnlər şagirdlər tərəfindən kalliqrafik cəhətdən düzgün yazı normalarına uyğun hazır kağız üzərində imla yazıldı və buna əsasən qalib şagirdlər müəyyən olundu.
17.01.2023 cü il tarixində qalib şagirdlər məktəbimizin direktoru Esmira Məmmədova tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırıldı. Müsabiqənin təhsilin keyfiyyətinə və şagirdlərin yazı qaydalarına düzgün riayət etmələri nəzərə alınaraq davamlı keçirilməsi nəzərdə tutulur.