Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı növbəti tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli əmrinə əsasən məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı tədbirlər keçirilmişdir. Növbəti tədbir "Yaşıl sinif" yaratmaq fəaliyyəti idi. Məktəbimizin 6”E” sinif şagirdlərinin və həmin sinfin rəhbəri coğrafiya-biologiya müəllimi Nazilə Namazovanın, biologiya müəllimi Zibeydə Quliyevanın birgə fəaliyyəti nəticəsində "Yaşıl sinif" yaradıldı. Şagirdlər böyük həvəs və maraqla ekogüşə yaratdılar, ekoqəzet düzəltdilər, dibçəkdə gülün əkilməsinə yardım etdilər, bitkilərin suvarılmasında və yarpaqların tozunu təmizləyib, nəmləndirilməsində böyük səy göstərdilər.