Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı tədbirlər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli əmrinə əsasən məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı tədbirlər keçirilmişdir. "Bitkiləri nə üçün qorumalıyıq?" başlığı altında təşkil olunmuş diskussiyada təlim-tərbiyə işləri üzrə direktor müavini Esmiralda Heydərli, coğrafiya-biologiya müəllimləri Nazilə Namazova, Dürdanə Məmmədova, digər müəllimlər, həmçinin 8-ci və 9-cu sinif şagirdləri iştirak etdilər. Diskussiyada şagirdlər yüksək fəallıq göstərdilər və özlərinin qulluq etdikləri bitkiləri nümayiş etdirdilər.