Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Dekabrın 29-da məktəbimizdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə silsilə tədbirlər təşkil olundu. Müəllimlər xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışdılar.
Tədbirdə çıxış edən şagirdlər bu günün xalqımızın birlik, bərabərlik nümayiş etdirdiyi gün olduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynadığından bəhs etdilər. Daha sonra Həmrəylik gününə aid rəsmlər çəkib, hazırladıqları şeirləri söylədilər.