“Ailəm və məktəbim” layihəsi çərçivəsində müzakirələr aparıldı

Məktəbin Uşaq birliyi rəhbəri İlahə Əzimova və psixoloq Zülfiyyə Məmmədova “Ailəm və məktəbim” layihəsi çərçivəsində 3-cü və 4-cü siniflər arasında müzakirələr və layihələr hazırladılar. Layihənin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələr ilə təhsil müəssisələri arasında əməkdaşlıq etmək, ailə-məktəb münasibətlərinin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.